Azərbaycan Ərazisində statistikanın müntəzəm təşkilində Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (Yelizavetpol-1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində Rusiyada statistikanın 20 dekabr 1834-cü ildən fəaliyyətdə olan təşkilinə uyğun olaraq statistika komitələrinin fəaliyyəti ilə başlamışdır. İmperator I Nikolay tərəfindən 1834-cü ilin 20 dekabrında imzalanmış fərmanın 27-ci maddəsində deyilirdi: “...bütün quberniya şəhərlərində Mülki Qubernatorların sədrliyi ilə Statistika Komitələri yaradılır”. Bundan sonra Rusiyanın bütün ərazilərində olduğu kimi Azərbaycan hissəsində da statistika işlərinin təşkilinin daha da inkişaf etdirilməsində İmperator II Alek-sandr tərəfindən 30 aprel 1863-cü ildə Daxili İşlər nazirliyi yanında statistikanın təşkilinə dair təsdiq etdiyi əsasnamənin də böyük rolu olmuşdur. Əsasnaməyə uyğun olaraq Mərkəzi Statistika Komitəsinə Daxili İşlər nazirliyi üzrə statistik işlərin həyata keçirilməsi tapşırılmışdı. Əsasnaməyə görə bütün quberniya, vilayət və şəhər statistika komitələri Mərkəzi Statistika Komitəsinə tabe idilər. Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq statistika komitələri hər il mart ayının 1-i quberniyalar və onlara daxil olan qəzalara dair məlumatları yığaraq Rusiya Daxili İşlər Nazirliyinin statistika bölməsinə təqdim edirdilər.
1802-ci ildən 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistika cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatları: əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkalarının, fabrik və zavodların sayını, əkin və məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, hərbiçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi. Qubernatorların belə hesabatlarının əsas məqsədi çara və onun mərkəzi idarəetmə orqanalarına onlar üçün cəmiyyətdə təhlükəli hərəkatlar, xəzinəyə yığılan gəlirlərin miqyası, hərbi xidmətə çağırışın mümkün səviyyəsi və.s haqqında məlumat toplamaqdan ibarət olmuşdur. Ayrı-ayrı məlumatların yığılması ilə 1900-cü ildə Bakı quberniyasının fabrik müfətişliyi də məşğul olmuşdur. (Azərbaycan tarixi, 2-ci cild, səh.273)
XIX əsrin sonu XX əsrin əvvəlləri imperiya statistikası tarixdə müxtəlif müayinələrin və siyahıyaalmaların təşkili və keçirilməsi ilə xarakterizə olunur ki, bunlardan da ən əsası Şimali Azərbaycan ərazisi də daxil olmaqla, çar Rusiyanın bütün ərazisində 1897-ci ilin fevral ayının 9-u (yanvarın 28-i) vəziyyətinə birinci ümumi siyahıyaalmanın keçirilməsi olmuşdur. Bu siyahıyaalmada əhalinin üç kateqoriyası hesablanmışdır: mövcud, daimi və qeyddə olanlar. 1903 və 1910-cu illərdə kənd təsərrüfatı maşın və alətlərinin siyahıyaalınması təşkil edilmişdir. 1904-cü ildən başlayaraq hər il mal-qaranın sayı haqqında məlumatlar toplanmışdır. 1900 və 1908-ci illərdə sənaye statistikası sahəsində də siyahıyaalmalar keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına çalışılmışdır. Buna tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olmuşdur.
Göründüyü kimi, 1920-ci ilə qədər Azərbaycanın indiki ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqan olmamışdır. Yalnız 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra digər dövlət tədbirləri ilə yanaşı ölkədə rəsmi dövlət statistikasının yaradılması üzrə təcili tədbirlər həyata keçirilmişdir. 1920-ci il iyul ayının 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmiş və kollegiya keçirilmişdir.
1920-ci il avqust ayının 19-da isə Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında yeni əsasnamə təsdiq olunmuşdur. Bu əsasnaməyə görə, ölkədə statistikanın aparılması Mərkəzi Statistika İdarəsinə (MSİ) və onun tərəfindən yaradılan orqanlara; digər orqanların statistika təşkilatlarına, şəhər, rayon, qəza, nahiyyə və kənd inzibati və inzibati-təsərrüfat oprqanlarına hə-valə edilmişdir.
Azərbaycan İnqilab Şurasının 9 avqust 1920-ci il dekabrna və həmin ilin 17 dekabr tarixli qərarına uyğun olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır və onun kollegiyası 12 nəfərdən ibarət olmuşdur. Azərbaycan Mərkəzi Statistika İda-rəsinin ilk rəhbəri Vladimir Vasilyeviç Smrinov təyin edilmişdir ki, onun da Azərbaycan statistikasının yaradılmasında böyük rolu olmuşdur.
Yalnız 1924-cü ildə yerli statistika orqanlarının yaradılmasına başlamaq mümkün olmuşdur və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir. Azərbaycanda statistikanın təşkili və statistika orqanlarının yaradılması çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı kadrlar çatışmırdı.
1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir. O vaxtdan Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Xalq Komissarları tərəfindən onlara verilmiş bütün hüquqlara malik olmuşdur. Bu dövrdən bütün işlər Mərkəzi Statistika İdarəsi qəza statistika şöbələri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Mər-kəzi Statistika Bürosu və Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Statistika Bürosu tərəfindən həyata keçirilirdi. Göstərilən əsasnaməyə görə, respublika Mərkəzi Statistika İdarəsinin funksiyaları çox geniş idi.
1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
1994-cü il Azərbaycan statistik-asının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbay-can Respublikasının Qanunu imzalanmış və bu tarixdən “Statistika haqqında”Qanunun qüvvəyə min-məsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır.
Qanunun tələblərinə uyğun olaraq 1994-cü ildə və sonrakı illərdə dövlət statistika sisteminin sturukturunda, fəaliyyətində və statusunda yeni dəyişiliklər baş verdi. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər kabinetinin 6 noyabr 1995-ci il tarixli, 238 saylı qərarı ilə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında” yeni əsasnamə təsdiq edildi. Əsasnaməyə uyğun olaraq yerli statistika orqanları haqqında da əsasnamə təsdiq edildi və bu əsasnaməyə uyğun olaraq statistika orqanlarının hüquq və vəzifələri genişləndirildi. Nazirlər Kabi-neti tərəfindən təsdiq edilmiş Dövlət Statistika Komitəsi haqqında sonuncu əsasnamə hal-hazırda qüvvədədir. Əsasnamədə deyilir: “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (Azərbaycan Respublikası Dövlətstatkomu) respublikanın iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətini təmin edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır”
Azərbaycanın statistikləri qarşılarında duran vəzifələri dərk edərək inanırlar ki, yaxın gələcəkdə dünya standartlarına uyğunlaşdırılmış, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistika yaradılması işi başa çatdırılacaq-dır.
Xocalı rayonunda Statistika idarəsi isə 1990-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 176/t saylı əmri ilə yaradıldı. İdarə “Rəsmi Statistika” haqqında Azərbaycan Respublikasının qanununauyğun şəkildə fəaliyyət göstərir. Rayonda qeydiyyatda olan uçot vahidləri ilə müntəzəm sıx əlaqə yaradaraq statistik hesabatların yığılmasına xidmət edir.
Dünyamin ƏSƏDOV,
Xocalı rayon Statistika idarəsinin rəisi,
Dövlət qulluğunun kiçik müşaviri